Yaponiyanın tennis əfsanəsi kortla vidalaşdı: Tsitipas susqun qalmadı!

Yaponiyanın tennis əfsanəsi kortla vidalaşdı: Tsitipas susqun qalmadı!
01.10.2026 14:38 İdman

Oktyabrın 1-də Tokiodakı “ATP-500” turnirinin ilk mərhələsində Frensiz Tiafoya məğlub olan (4:6, 4:6) Key Nişikori daha əvvəl bu turnirin karyerasında sonuncu olacağını açıqlamışdı.

TodayPress TV xəbər verir ki, dünyanın 44-cü raketkası olan yunanıstanlı tennisçi Stefanos Tsitipas özünün “X” sosial şəbəkə hesabında ATP turnirlərinin 12 qat çempionu, yaponiyalı Key Nişikorinin karyerasını bitirməsinə həsr olunmuş paylaşım edib.

“Key, inanılmaz karyerana görə təşəkkür edirəm! Sən yalnız möhtəşəm nəticələr əldə etmədin, həm də hər bir tamaşaçını heyran edən unikal oyun üslubunla bütün Yaponiyaya ilham və qürur bəxş etdin.

Sənin oyununu izləmək mənə həmişə zövq verib və turda sənin üçün darıxacağam. Yeni işlərində səni dəstəkləməyi səbirsizliklə gözləyirəm!” - deyə Tsitipas bildirib. 

Namiq HUN

TodayPress TV

FOTOLAR

Yaponiyanın tennis əfsanəsi kortla vidalaşdı: Tsitipas susqun qalmadı! — 1
XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər