Futbol dünyasında kəskin reaksiya: Anri “Mançester Siti”yə acımadı!
Fransa milli komandasının və London “Arsenal”ının keçmiş hücumçusu Tyeri Anri maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunan “Mançester Siti”nin hansı cəzaya layiq olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Topskills Sports UK” sosial şəbəkədə paylaşım edib.
“Əgər hər hansı bir qərar “Siti”ni Premyer Liqada saxlayarsa, bu, futbolda son 100 ilin ən ədalətsiz cəzası olar. Sırf futbolun zirvəsində qalmaq üçün gəlirləri süni şəkildə şişirtmək, saxta müqavilələrdən istifadə etmək və yalan maliyyə məlumatları təqdim etmək - elə ədalətsizliyin özüdür”, - deyə Anri bildirib.
Qeyd edək ki, daha əvvəl “şəhərlilər”in İngiltərə Premyer Liqasından kənarlaşdırıla biləcəyi barədə xəbərlər yayılmışdı.
Namiq HUN