Ukraynadan Rusiyanın üç bölgəsinə zərbə - VİDEO
Rusiyada bir sıra mühüm obyektlər vurulub.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna qüvvələri Qara dənizdə bir hədəfə zərbə endirib. Oryol vilayətində hücum PUA-larının buraxılması və saxlanması üçün istifadə olunan obyekt, Samara vilayətində neft obyekti, Bryansk vilayətində isə Rusiya qoşunlarının təchizat anbarı vurulub.
Ukrayna Prezidenti bildirib ki, Kiyev Rusiyanın müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmağa yönəlmiş zərbələri davam etdirəcək.
Jalə Rövşən