Yəməndə cəbhə qızışdı: Husilər mövqelərini genişləndirir
Yəməndə Husilərlə hökumət qüvvələri arasında döyüşlər şiddətlənib.
TodayPress TV xəbər verir ki, bu barədə "Arab News" məlumat yayıb.
Bildirilir ki, Yəmənin Ləhc vilayətində Husilərlə hökumət qüvvələri arasında döyüşlər intensivləşib.
Toqquşmaların xüsusilə Əl-Mədəribə və Əl-Əğbara bölgələrində davam etdiyi qeyd olunur.
Husilərin bölgədəki əsas təchizat yollarını kəsməyə və Taiz istiqamətində mövqelərini genişləndirməyə çalışdığı vurğulanır.
Jalə Rövşən