Rubio Əraqçini ABŞ-dən "qovdu"

Rubio Əraqçini ABŞ-dən "qovdu"
01.10.2026 11:11 Dünya

ABŞ Dövlət katibi Marko Rubio İran nümayəndə heyətinin Nyu-Yorku dərhal tərk etməsini tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyiş əldə olunmayıb.

Ağ Ev bazar ertəsi tərəflər arasında razılaşmanın mümkün olacağına ümid etsə də, günün sonunda danışıqların nəticəsiz qaldığı məlum olub.

Bundan sonra ABŞ-nin BMT-dəki nümayəndəliyi Rubionun göstərişi ilə İran tərəfinə xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətinin Nyu-Yorku dərhal tərk etməli olduğunu bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər