Yanvarda böyük keçid: “Liverpul” hücum xəttini gücləndirir!
“Liverpul” klubunun rəhbərliyi “Brentford”un 24 yaşlı hücumameyilli yarımmüdafiəçisi Kevin Şadeni transfer etmək imkanlarını nəzərdən keçirir.
TodayPress TV “TEAMtalk”a istinadən xəbər verir ki, mersisaydlılar almaniyalı vingeri gələn ilin yanvarında keçiriləcək transfer pəncərəsində heyətinə qatmaq istəyir.
Kevin Şade cari mövsümün ilk 5 matçında 3 qol vuraraq “Liverpul” skautlarının diqqətini çəkib.
Futbolçunun “Brentford” ilə müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub. Transfermarkt portalında onun dəyəri 35 milyon avro qiymətləndirilir.
Namiq HUN