SEPAH əməliyyat keçirdi: 6 terrorçu öldürüldü

SEPAH əməliyyat keçirdi: 6 terrorçu öldürüldü
01.10.2026 11:32 Dünya

İranın cənub-şərqində 6 terrorçu öldürülüb.

TodayPress TV xəbər verir ki,  İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Zahidan şəhərində terror aktı həyata keçirməyə hazırlaşan terrorçu qruplaşmanın müəyyən edilərək zərərsizləşdirildiyini açıqlayıb.

Məlumata görə, bu gün səhər keçirilən əməliyyat zamanı qruplaşmanın 6 üzvü öldürülüb.

Əməliyyat zamanı terrorçulardan bir neçə partlayıcı qurğu aşkar edilərək götürülüb.


XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər