Xələf Xələfov: Azərbaycan AQEM çərçivəsində əməkdaşlığı gücləndirib

Xələf Xələfov: Azərbaycan AQEM çərçivəsində əməkdaşlığı gücləndirib
01.10.2026 10:42 Siyasət

"Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bərpa edib".

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda deyib.

Xələf Xələfov bildirib ki, bununla Azərbaycan hərbi münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını təmin edib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Prezidenti Ermənistanla davamlı sülhün yaradılmasını təklif edib və sülh prosesinin irəliləməsi üçün zəruri addımlar atıb.

Xələfov 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanmasını uzun illər davam edən münaqişədən sonra etimadın bərpasının mümkünlüyünü göstərən mühüm addım kimi qiymətləndirib.

O, Ermənistanın sülhün hüquqi öhdəliklər əsasında möhkəmləndirilməsi istiqamətində lazımi addımları atmasının vacibliyini vurğulayıb.

Xələf Xələfov həmçinin Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində təşkilatın institusional inkişafına, sahəvi əməkdaşlığın genişləndirilməsinə və üzv ölkələr arasında etimadın gücləndirilməsinə töhfə verdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan AQEM-in dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan açıq dialoq platforması kimi inkişafını dəstəkləyir.

TodayPress TV

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər