Hokkey tarixində yeni era: Sidni Krosbidən inanılmaz rekord!

Hokkey tarixində yeni era: Sidni Krosbidən inanılmaz rekord!
01.10.2026 10:54 İdman

“Pitsburq Pinqvinz”in kanadalı hücumçusu Sidni Krosbi kapitan kimi keçirdiyi mövsümlərin sayına görə ABŞ Milli Hokkey Liqasının (NHL) mütləq rekordçusu olub. 

TodayPress TV xəbər verir ki, bu barədə NHL-in rəsmi saytı məlumat yayıb. 

O, bu nailiyyətə müntəzəm çempionat çərçivəsində səfərdə “Filadelfiya Flayerz”ə qarşı keçirilən və 7:0 hesablı qələbə ilə başa çatan matçda imza atıb.

Cari mövsüm Krosbi üçün kapitan sarğısı altında keçirdiyi 20-ci mövsümdür. o, bu göstərici ilə bütün karyerası boyunca “Detroyt”da (1983-2006) çıxış etmiş kanadalı hücumçu Stiv Ayzermani geridə qoyub.

Qeyd edək ki, “Pitsburq Pinqvinz”in kapitanı 3 dəfə Stenli Kubokunun qalibi olub (2009, 2016, 2017), iki dəfə müntəzəm çempionatın ən yaxşı bombardiri və ən dəyərli oyunçusu seçilib (2007, 2014), müntəzəm mövsümün ən yaxşı snayperi (2010, 2017) və pley-off mərhələsinin ən dəyərli oyunçusu (2016, 2017) adını qazanıb.

Kanada milli komandasının heyətində isə o, Olimpiya Oyunlarının (2010, 2014), Dünya Çempionatının (2015), Dünya Kubokunun (2016) və Dörd Millət Turnirinin (2025) qalibi olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər