Mourinyodan sarsıdıcı Ronaldu şərhi: “Sərt həqiqətlə barışmalıdır!”
“Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo hücumçu Kriştianu Ronaldu ilə Portuqaliya yığması arasında yaranmış vəziyyətə münasibət bildirib
TodayPress TV xəbər verir ki, bu barədə “O Globo” nəşri məlumat yayıb.
“Kriştianu elə Kriştianudur. O, qalibdir. 20 il ərzində ona qollar, titullar və rekordlar qazandırdığı üçün bu cür eqoya sahibdir. Bu da tam normaldır. Lakin indi o, eqosunu nəzarətdə saxlamağı öyrənməlidir. Futbol onu gözləməyəcək. Bədəni artıq əvvəlki kimi deyil, bunu hər kəs bilir və o özü də başa düşür.
Jorje Jezuş yaxşı məşqçidir. O, böyük şəxsiyyətlərlə işləməyi bacarır və onlardan qorxmur. Əgər hər hansı bir qərar qəbul edirsə, deməli, bunun ayrı-ayrı oyunçuların imicinə deyil, komandanın xeyrinə olacağını düşünür”, - deyə Mourinyo bildirib.
Xatırladaq ki, baş məşqçi Jorje Jezus aralarında heç bir münaqişənin olmadığını bildirsə də, Ronaldu milli komandanın məşqini tərk edib. Düşərgədən ayrılmaq qərarı verən hücumçu bu addımını şərh edib.
Namiq HUN