ABŞ 125 ticarət gəmisini saxladı – İran blokadasında yeni rəqəmlər
İranın dəniz blokadası bərpa ediləndən sonra ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya oradan çıxan 125 ticarət gəmisini yönləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
CENTCOM bildirib ki, bu addımlar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək məqsədilə atılıb.
Məlumata görə, son 7 gündə 10 ticarət gəmisi saxlanılaraq istiqamətləndirilib.
ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına və sahil ərazilərinə gedən və ya oradan çıxan gəmilərə qarşı dəniz blokadasını iyulun 14-də bərpa edib.
CENTCOM-un məlumatına əsasən, əvvəlki blokada rejimi aprelin 13-dən iyunun 18-dək davam edib. Həmin dövrdə 142 gəmi istiqamətləndirilib, qaydalara tabe olmayan 9 gəmi sıradan çıxarılıb. Eyni zamanda, humanitar yardım daşıyan 50-dən çox kommersiya gəmisinin blokada zonasından keçməsinə icazə verilib.
Türkan İsgəndərli