Trampdan sensasion iddia: Santexnik təyyarəni belə xilas etdi - VİDEO

Trampdan sensasion iddia: Santexnik təyyarəni belə xilas etdi - VİDEO
01.10.2026 08:15 Dünya

ABŞ Prezidenti Donald Tramp "FlyDubai" sərnişin təyyarəsində baş verən insidentlə bağlı sensasion açıqlama verib.

TodayPress TV xəbər verir ki, Trampın sözlərinə görə, hadisə zamanı təyyarənin idarə olunmasına əvvəllər heç vaxt təyyarə sürməyən israilli santexnik kömək edib.

O, bu şəxsin uçmağı əsasən televiziya proqramlarından öyrəndiyini bildirib.

ABŞ prezidentinin iddiasına görə, məlumatları ona İsrailin Baş naziri Benyamin Netanyahu danışıb.

Tramp bildirib ki, santexnik hadisə zamanı təyyarədə baş verənləri görüb və vəziyyətə müdaxilə edib. Onun sözlərinə görə, təyyarə kəskin bucaq altında aşağı düşüb və idarəetmə sisteminin bir hissəsi zədələnib.

Ağ Ev rəhbərinin təsvirinə əsasən, güclü yüklənmə şəraitində həmin şəxs təyyarənin idarə olunmasına kömək göstərib və digər sərnişinlər də onu tutaraq dəstək veriblər.

ABŞ lideri bu hadisəni təyyarənin xilas edilməsində qeyri-adi bir vəziyyət kimi təqdim edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər