Ukraynanın F-16-ları uça bilmir - SƏBƏB

Ukraynanın F-16-ları uça bilmir - SƏBƏB
30.09.2026 23:58 Dünya

Ukraynanın F-16 qırıcılarının yarıdan çoxu hazırda texniki xidmət səbəbindən istismarda deyil.

TodayPress TV xəbər verir ki, “The Wall Street Journal”a istinadən yayılan məlumatda Ukrayna Hərbi Hava Qüvvələrinin arsenalında olan 39 ədəd F-16AM “Fighting Falcon” qırıcısından yarıdan çoxunun texniki xidmət səbəbindən uçuş həyata keçirmədiyi bildirilir.

Məlumata görə, təyyarələrə texniki xidmət Belçikanın “Sabena Aerospace Engineering” şirkəti tərəfindən həyata keçirilir. Lakin texniki baxış və təmir prosesinin uzun çəkdiyi qeyd olunur.

Hazırkı istismar tempi və təmirə ehtiyacın həcmi dəyişməz qalarsa, 2026-cı ilin sonuna qədər Ukraynanın bütün F-16AM qırıcılarının texniki xidmət səbəbindən döyüşə hazır vəziyyətdə olmaya biləcəyi bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər