Dəməşq yaxınlığında qaz kəmərində yanğın baş verdi - VİDEO
Dəməşq ətrafının şərqindəki Hərran əl-Avamid ərazisində "Tişrin" İstilik Elektrik Stansiyasını təchiz edən qaz kəmərində yanğın baş verib.
Bu barədə TodayPress TV-yə Suriya Fövqəladə Halların və Fəlakətlərin İdarə Edilməsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürmə briqadaları baş verən yanğına müdaxilə edirlər.
Qruplar yanğının böyük hissəsini uğurla söndürüblər və onu tam nəzarət altına almaq, eləcə də ərazinin təhlükəsizliyini təmin etmək üçün səylərini davam etdirirlər.
Aysel Mətləb
***
Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığında güclü partlayış baş verib.
TodayPress TV xəbər verir ki, ilkin məlumatlar və kadrlar Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığında böyük yanğının baş verdiyini göstərir.
Yerli məlumatlarda partlayışların hava limanının daxilində baş verdiyi iddia olunur.
Həmçinin qeydə alınan güclü partlayışın Hərran əl-Avamid ərazisində, "Tişrin" İstilik Elektrik Stansiyasını təchiz edən qaz kəmərində baş verdiyi bildirilir.
Aysel Mətləb