Kanadadakı yəhudilər ABŞ-yə TƏCİLİ köç edir

Kanadadakı yəhudilər ABŞ-yə TƏCİLİ köç edir
30.09.2026 20:32 Dünya

Kanadada antisemitizm hallarının kəskin artması ölkədə yaşayan bəzi yəhudilərin ABŞ-yə köçmək imkanını nəzərdən keçirməsinə səbəb olub.

TodayPress TV xəbər verir ki, “The Jerusalem Post”un məlumatına görə, son dövrlərdə sinaqoqlara hücumlar və cəmiyyətdə gərginliyin artması fonunda yəhudi icmasının bəzi üzvləri Kanadada özlərini əvvəlki kimi təhlükəsiz hiss etmədiklərini bildiriblər.

Məlumata əsasən, vəziyyəti iqtisadi çətinliklər və dözümsüzlük hallarının artması ilə bağlı məlumatlar da ağırlaşdırır.

Kanadadakı yəhudilərin mümkün köçü ABŞ siyasətçilərinin də diqqətini çəkib. Florida senatoru Skott, Oklahoma qubernatoru Stitt və ABŞ Prezidenti Donald Tramp daha əvvəl təhlükəsizliyindən narahat olan kanadalı yəhudilərə sığınacaq və ya qaçqın statusunun verilməsi imkanını müzakirə ediblər.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər