Tailand sular altında qaldı! - Ölənlərin sayı kəskin artdı

Tailand sular altında qaldı! - Ölənlərin sayı kəskin artdı
30.09.2026 18:43 Dünya

Tailandda daşqınlar nəticəsində həlak olanların sayı 23-dən 40-a yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə krallığın Baş nazirinin ofisinin mətbuat katibi Ekkaxapop Pxiyenpxiset məlumat yayıb.

Onun sözlərinə görə, daşqınlar ümumi sahəsi təxminən 2,7 min kv. km olan ərazini əhatə edib, ən çox zərər çəkənlər isə ölkənin mərkəzi hissəsində yerləşən əyalətlər olub.

Qeyd edək ki, Tailandda daşqınların fəsadları krallığın 2,6 milyondan çox sakininə təsir edib. Daşqınlarla bağlı vəziyyət mövsümi musson yağışları fonunda kəskinləşib.

Aramsız leysanlar səbəbindən sentyabrın 26-sı Banqkokda fəlakət rejimi tətbiq olunub. Təbii fəlakət təxminən 329 min təsərrüfata və ya 700 minə yaxın insana təsir göstərib. Yağışın kəsilməsi ilə hazırda paytaxtda su əsasən çəkilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər