Rusiya XİN-dən üçtərəfli görüş bəyanatı - "Məlumat veriləcək"

Rusiya XİN-dən üçtərəfli görüş bəyanatı - "Məlumat veriləcək"
30.09.2026 20:00 Dünya

Moskva Ukrayna üzrə yeni üçtərəfli görüşə hazırlıq aparılacağı təqdirdə, bu barədə lazımi qaydada məlumat verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Hər hansı yekun və ya hətta aralıq qərarların olmadığı mərhələlərdə nəyisə şərh etməyin, doğrusu, heç bir mənası yoxdur. Hətta deyərdim ki, bu, əks-məhsuldardır. Belə bir görüş hazırlanan zaman və əgər hazırlansa, həmişə olduğu kimi, onun hazırlığı barədə lazımi qaydada məlumatlandırılacaqsınız", - deyə diplomat bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər