Azərbaycan-Türkmənistan hərbi təmaslarını da bir araya gətirdi - Nələr müzakirə olundu?

Azərbaycan-Türkmənistan hərbi təmaslarını da bir araya gətirdi - Nələr müzakirə olundu?
30.09.2026 20:16 Hərbi

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkmənistan Silahlı Qüvvələrinin hərbi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkmənistan müdafiə nazirinin müavini polkovnik Bəymurat Soltanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik K.Vəliyev Azərbaycanın türkdilli ölkələrin hərbi qurumları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib.

Səmimi qəbula görə təşəkkür edən qonaq ölkələrimiz arasında mövcud olan əlaqələrin dostluq, qardaşlıq, tarixi və mədəni köklərə əsaslandığını qeyd edib.

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər