Bu yolda qəza baş verdi, hərəkət məhdudlaşdırıldı

Bu yolda qəza baş verdi, hərəkət məhdudlaşdırıldı
30.09.2026 23:32 Hadisə

Bakının Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri həyata keçirilir, aşan avtomobilin ərazidən götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər