DƏHŞƏTLİ HADİSƏ: Qoyun otaran kişini ildırım vurdu

DƏHŞƏTLİ HADİSƏ: Qoyun otaran kişini ildırım vurdu
29.09.2026 20:46 Hadisə

Kürdəmirdə 51 yaşlı kişini ildırım vuraraq öldürüb.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Ağsu rayon Qasımbəyli kənd sakini Hacıalıyev Zahir Vahid oğlu qoyun otarmaqdan qayıdarkən onu ildırım vurub. O, elə hadisə yerində keçinib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı bir neçə xırdabuynuzlu heyvan tələf olub. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər