"Mançester Siti"nin keçmiş futbolçusu vəfat etdi
İngiltərənin "Mançester Siti" klubunun sabiq futbolçusu Kortni Mappen-Uolter 33 yaşında vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə keçmiş müdafiəçinin daha əvvəl çıxış etdiyi "Böri" (İngiltərə) klubu məlumat yayıb.
Futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Mappen-Uolter İngiltərənin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edib. O, 2013-cü ilə qədər "Mançester Siti"nin gənclər komandasında forma geyinib. Futbolçu ötən il peşəkar karyerasını başa vurub.