Çox tezliklə... - Tramp İran haqqında nə dedi?
ABŞ Prezidenti Donald Tramp Amerikanın İrana qarşı müharibəsinin "çox tezliklə" başa çatacağını hesab edir.
TodayPress TV xəbər verir ki, bu barədə o, Vaşinqtonda süni intellekt (AI) sahəsində texnologiyalara həsr olunmuş konfransdakı çıxışı zamanı danışıb.
"İranın heç vaxt nüvə silahı olmayacaq. Onların işləri çox pis gedir. Bu, çox tezliklə bitəcək", - deyə Tramp bildirib.
Lider hesab edir ki, İslam Respublikası ilə münaqişənin tənzimlənməsindən sonra neft qiymətləri düşməyə başlayacaq.
ABŞ Prezidenti, həmçinin İrana qarşı müharibənin onun administrasiyası dövründə edilən ən vacib işlərdən biri kimi tarixə düşəcəyi fikrini ifadə edib.
Aysel Mətləb