Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu
29.09.2026 18:56 Daxili siyasət

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Məmmədiyə Məmmədov Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

TodayPress TV xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

M.Məmmədov ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Xatırladaq ki, Məmmədiyə Süleyman oğlu Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər