Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verildi - SƏRƏNCAM

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verildi - SƏRƏNCAM
28.09.2026 10:33 Daxili siyasət

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

TodayPress TV xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib:

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi

Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroru

III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi

Emin Ramiz oğlu Mürsəliyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini

Asəf Vaqif oğlu Sarıkişiyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini

“ədliyyə general-mayoru” ali hərbi rütbəsi

Nihad Ənvər oğlu Şıxəliyevə – Azərbaycan Respublikası Hərbi prokurorunun müavini.

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər