Pluşenkodan uğurlu nəticə: Azərbaycan fiqurlu konkisürənləri Batumidə mübarizə apardı!
Azərbaycanın fiqurlu konkisürmə üzrə milli komandası Gürcüstanın Batumi şəhərində təşkil olunan Qran-pri turnirində iştirak edib.
TodayPress TV xəbər verir ki, beynəlxalq yarışda ölkəmizi Aleksandr Pluşenko, Arina Kalugina və Anna Obrien – Drake Tonqbuz rəqs cütlüyü təmsil edib.
Kişilərin fərdi mübarizəsində çıxış edən Aleksandr Pluşenko qısa və sərbəst proqramın yekununa əsasən 181.97 xal toplayıb. O, 26 idmançı arasında 10-cu pillədə qərarlaşıb.
Qadınlar arasında yarışan Arina Kalugina isə hakim heyətindən 160.02 xal alaraq 35 idmançı arasında 14-cü yeri tutub.
Rəqs cütlüklərinin yarışında buz üzərinə çıxan Anna Obrien və Drake Tonqbuz dueti ritm və sərbəst rəqs proqramlarında ümumilikdə 119.27 xal yığaraq 18 komanda arasında 12-ci sırada yer alıb.
Namiq HUN