Kamran Əliyev: Azərbaycan Prokurorluğunun beynəlxalq əməkdaşlıq imkanları genişlənib

Kamran Əliyev: Azərbaycan Prokurorluğunun beynəlxalq əməkdaşlıq imkanları genişlənib
28.09.2026 11:37 Tədbirlər

“Müasir dövrdə səmərəli beynəlxalq əməkdaşlıq və qarşılıqlı əlaqələr olmadan nəticə əldə etmək mümkün deyil”.

TodayPress TV xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Baş prokuror bildirib ki, Azərbaycan Prokurorluğunun beynəlxalq əlaqələr və qanunvericilik sahəsində uğurlu addımları atılır.

Onun sözlərinə görə, son qanunvericilik dəyişikliklərinə əsasən, Azərbaycan Prokurorluğu artıq Ədliyyə Nazirliyi ilə birlikdə həm ekstradisiya, həm də hüquqi yardımla bağlı mərkəzi icra hakimiyyəti orqanıdır.

“Bu, bizə imkan verir ki, beynəlxalq sahədə daha geniş əməkdaşlıq edək – həm beynəlxalq qurumlarla, həm də ikitərəfli qaydada. Bu da öz növbəsində ekstradisiya və hüquqi yardımla bağlı kifayət qədər uğurlar əldə etməyimizə imkan verir”, – deyə Kamran Əliyev qeyd edib.

Baş prokuror qanunvericilik sahəsində Prokurorluğun fəaliyyətinə də toxunub. O bildirib ki, Prokurorluğun əməkdaşları qanunvericiliyin daha da təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərirlər.

Kamran Əliyev qanunvericilikdə meydana çıxan hər hansı boşluqla bağlı Konstitusiya Məhkəməsinə sorğuların ünvanlanması, habelə Konstitusiya Məhkəməsində qanunun tətbiqi ilə bağlı meydana çıxan məsələlər üzrə Prokurorluq orqanları tərəfindən rəylərin verilməsi və bu məsələlərin kifayət qədər əhəmiyyətli şəkildə dəyərləndirilməsini xüsusi qeyd edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər