Baş prokuror onlara təşəkkür etdi

Baş prokuror onlara təşəkkür etdi
28.09.2026 11:26 Tədbirlər

“Erməni vətəndaşlarının hərbi cinayətlər törətməkdə ittiham olunması ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi uğurla başa çatdırıldı”.

TodayPress TV xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Baş prokuror həmin işdə çalışan və dövlət ittihamını müdafiə edən prokurorlara, eləcə də işə baxan hakimlərə və məhkəmə heyətinə təşəkkürünü bildirib. 

Kamran Əliyev iş üzrə fəaliyyət göstərmiş müstəntiqlərin əməyini də xüsusi qeyd edib:

“Həmin iş üzrə əziyyət çəkmiş, əməyi olan bütün müstəntiqlərimizə, xüsusən də İstintaq İdarəsinin prokurorlarına dərin təşəkkürümü bildirirəm”.

Baş prokuror, həmçinin 1987-ci ildən bu günə qədər həmin işlər üzrə sübutların toplanması və faktların sənədləşdirilməsində iştirak etmiş prokurorluq və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkürünü ifadə edib:

“Burada əyləşən veteranlarımıza və burada olmayan, ümumiyyətlə, həmin işlər üzrə 1987-ci ildən bu günə qədər əziyyət çəkmiş, həmin işlərlə bağlı sübutları toplamış, o faktları sənədləşdirmiş, ən çətin şəraitdə, müharibə şəraitində bu sübutları toplamış bütün prokurorluq əməkdaşlarına, digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər