Ermənistanda yanacaq böhranı dərinləşir: Benzinin qiyməti tarixi maksimumu yenilədi
Ermənistanda benzin və dizel yanacağının qiyməti yenidən artaraq, faktiki olaraq yeni tarixi rekorda çatıb.
TodayPress TV xəbər verir ki, İrəvandakı yanacaqdoldurma məntəqələrində AI-92 markalı benzinin 1 litri əvvəlki 580 dram əvəzinə artıq orta hesabla 600 drama (1,66 dollar) satılır.
“Premium” benzinin qiyməti də 20-30 dram bahalaşaraq 620-630 drama yüksəlib.
Dizel yanacağının qiyməti də eyni məbləğdə artıb və hazırda 1 litri 710 dramdır.