Skalonidən kritik qərar: Argentina millisi ilə yeni müqavilə yoldadır!
Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni hazırkı müqaviləsinin müddəti başa çatdıqdan sonra da yığmadakı fəaliyyətini davam etdirəcək.
TodayPress TV insayder Nikolo Skiraya istinadən xəbər verir ki, tərəflər yeni müqavilənin şərtlərini razılaşdırmağa çox yaxındırlar.
48 yaşlı mütəxəssisin yeni sözləşməsinin 2030-cu il Dünya Çempionatının sonunadək nəzərdə tutulacağı gözlənilir. Skaloninin Argentina Futbol Assosiasiyası ilə hazırkı müqaviləsi bu ilin dekabrında başa çatır.
Qeyd edək ki, Lionel Skaloni 2018-ci ilin yayından Argentina millisini çalışdırır. Komanda onun rəhbərliyi altında 2022-ci il Dünya çempionatının və iki dəfə Amerika Kubokunun qalibi olub. Son keçirilən Dünya çempionatında isə argentinalılar finalda İspaniyaya məğlub olublar.
Namiq HUN