"Dinamo Arena"da Azərbaycan briqadası: Əliyar Ağayev beynəlxalq matçın mərkəzində!

"Dinamo Arena"da Azərbaycan briqadası: Əliyar Ağayev beynəlxalq matçın mərkəzində!
28.09.2026 10:53 İdman

FIFA referesi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Ukrayna qarşılaşmasının baş hakimi olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti açıqlama yayıb.

Tbilisidə baş tutacaq oyunda Əliyar Ağayevə laynsmanlar Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Matçın dördüncü hakimi funksiyasını isə Rauf Cabbarov yerinə yetirəcək.

Qeyd edək ki, Gürcüstan – Ukrayna qarşılaşması sentyabrın 28-də Tbilisidəki "Dinamo Arena"da təşkil olunacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər