ABŞ bu ölkəyə hərbi müdaxiləyə hazırlaşır - Tarix açıqlandı
ABŞ hərbçiləri Kubaya qarşı mümkün hərbi əməliyyatlara hazırlıq işləri aparır.
TodayPress TV xəbər verir ki, bu barədə “CBS Nyus” ABŞ ordusunun daxili sənədinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Kubaya müdaxiləsi yaxın aylarda başlaya bilər:
"ABŞ Ordusunun Ehtiyat Qüvvələri Cənub Komandanlığının tərkibinə əlavə bölmələrin, o cümlədən hərbi polis, tibb işçiləri və digər dəstək qüvvələrinin cəlb edilməsi imkanını nəzərdən keçirir.
Söhbət bu bölmələrin yaxın 4 ay ərzində mümkün yerləşdirilməsindən gedir. Bununla yanaşı, sözügedən sənəddə konkret hərbi bölmələrin yerləşdirilməsi ilə bağlı hər hansı əmrin verildiyi barədə məlumat yoxdur.
Planlaşdırma ABŞ Prezidenti Donald Trampın Kubaya qarşı iqtisadi təzyiqləri artırdığı və Vaşinqtonun adada siyasi islahatlara çağırış etdiyi bir vaxtda aparılır".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Kubaya hərbi müdaxilə edəcəyi iddialarını təkzib edib.