"Sabah" yeni mövsümə qələbə ilə start verdi
Azərbaycan Basketbol Liqasında yeni mövsümə start verilib.
TodayPress TV xəbər verir ki, I turun ilk oyununda "LANDAU Lions"la üz-üzə gələn son çempion "Sabah" qələbə qazanıb.
Bakı İdman Sarayında keçirilən qarşılaşma "bayquşlar"ın 84:74 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, I turun digər oyunları 2, 3 və 4 oktyabrda baş tutacaq