Koloradoda qəribə hadisə - Ac ayı fermer bazarında çörəkləri yedi

Koloradoda qəribə hadisə - Ac ayı fermer bazarında çörəkləri yedi
01.10.2026 07:50 Maraqlı

ABŞ-də ac ayı fermer bazarına girərək təzə çörəkləri yeyib.

TodayPress TV xəbər verir ki, hadisə Kolorado ştatının Aspen şəhərində baş verib.

Satıcılar bazarın açılışına hazırlaşarkən ayı ticarət köşkünə yaxınlaşaraq orada olan çörək və digər bişmiş məhsulları yeməyə başlayıb.

Hadisə yerinə gələn polis əməkdaşları Kolorado Parklar və Vəhşi Təbiət Departamentinin əməkdaşı çatana qədər ayını ərazidən uzaqlaşdırıb. Daha sonra heyvan yaxınlıqdakı ağaca çıxıb və bir müddət sonra ərazini özü tərk edib.

Hakimiyyət orqanları bildiriblər ki, 2026-cı ildə Koloradoda insanlarla ayıların qarşılaşması hallarının sayı xüsusilə çoxdur. Buna səbəblərdən biri kimi güclü quraqlıq göstərilir. Quraqlıq səbəbindən ayıların təbiətdə adi qida mənbələrini tapması çətinləşib.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər