"Flydubai" pilotların vətəndaşlığını gizlədir - Səbəb nədir?
"Flydubai" aviaşirkəti Dubay–Təl-Əviv reysini həyata keçirən və təcili eniş edən təyyarənin pilotlarının vətəndaşlığını açıqlamaqdan imtina edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The National” aviaşirkətin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hadisənin səbəbləri yalnız müstəntiqlər təyyarənin bort yazıcılarına çıxış əldə etdikdən sonra aydınlaşacaq. Nümayəndə bildirib ki, təyyarənin istiqamət sükanı zədələnib, lakin sərnişinlər arasında ciddi xəsarət alan olmayıb.
Qeyd edək ki, 150-dən çox sərnişinin olduğu təyyarə Dubaydan Təl-Əvivə uçarkən Səudiyyə Ərəbistanının qərbində yerləşən Tabuk şəhərinə təcili eniş edib.
Aysel Mətləb