Nəriman Axundzadənin qol vurduğu matçda millimizdən ağır məğlubiyyət

Nəriman Axundzadənin qol vurduğu matçda millimizdən ağır məğlubiyyət
01.10.2026 01:32 İdman

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

TodayPress TV xəbər verir ki, səfərdə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələn Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv 2:5 hesabı ilə uduzub.

Kilmarnok şəhərində baş tutan matçda yığmamızın qollarını Nəriman Axundzadə (21) və Raul Məmmədov (70) vurublar.

Xatırladaq ki, Azərbaycan millisi 9 oyundan sonra 7 xalla beşinci, meydan sahibləri 14 xalla üçüncü pillədə qərarlaşıb.

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər