Tramp ABŞ ordusu üçün altı yeni obyektin inşa ediləcəyini açıqladı

Tramp ABŞ ordusu üçün altı yeni obyektin inşa ediləcəyini açıqladı
01.10.2026 16:32 Dünya

ABŞ Prezidenti Donald Tramp ölkənin raketdən müdafiə sistemləri üçün sursat istehsalını artırdığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Tramp “Time” jurnalına müsahibəsində bildirib ki, ABŞ-də “Patriot” hava hücumundan müdafiə sistemləri və THAAD raketdən müdafiə sistemləri üçün raketlərin istehsalına xidmət edəcək yeni müəssisələr tikilir.

Onun sözlərinə görə, ölkə ərazisində ümumilikdə 6 hərbi obyektin inşası aparılır. Tramp bu obyektlərin istifadəyə verilməsinin ABŞ-ın sursat istehsal gücünü əhəmiyyətli dərəcədə artıracağını deyib.

ABŞ prezidenti qeyd edib ki, ölkənin silah istehsalçıları fasiləsiz işləyir və sursat ehtiyatlarının artırılması sürətlə davam edir.

Qeyd edək ki, iyun ayında Pentaqonun Raketdən Müdafiə Agentliyi üçün “Lockheed Martin” şirkətindən 35,3 milyard dollar dəyərində THAAD sistemlərinin sifariş edildiyi bildirilmişdi.

May ayında isə ABŞ ordusunun “Patriot” sistemi üçün daha ucuz tutucu raketin hazırlanması məqsədilə şirkətlərdən təkliflər aldığı açıqlanmışdı. Yeni raketin qiymətinin 1 milyon dollara qədər olması nəzərdə tutulur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər