Rusiya futbolunun rekordçusundan şok qərar: Dzyuba karyerasını bitirdi!
38 yaşlı rusiyalı hücumçu Artyom Dzyuba peşəkar futbolçu karyerasını bitirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "RB Sport" portalı məlumat yayıb.
Bununla belə, təcrübəli forvard Rusiya Kubokunda hər hansı bir klubun heyətində yenidən meydana çıxa biləcəyini də istisna etməyib.
"Karyera bitdi. Vəssalam. Rəsmən bəyan edə bilmirəm. Bəlkə hələ Kubok matçlarında kimsə üçün oynadım", - deyə Dzyuba bildirib.
Qeyd edək ki, karyerası ərzində "Spartak", "Zenit", "Lokomotiv", "Rostov", "Arsenal Tula", "Tom", "Akron" və Türkiyənin "Adana Demirspor" klublarında çıxış edən Dzyuba 179 qolla Rusiya çempionatları tarixinin ən sərrast futbolçusu və 31 qolla Rusiya milli komandasının bombardiridir.
Namiq HUN