Azərbaycan Kuboku: İlk matçların cədvəli bəlli oldu
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümündə I təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
İlk təsnifat mərhələsinin oyunları 3 gün ərzində keçiriləcək.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
7 oktyabr
14:30. "Qaradağ Lökbatan" – "Şəki"
Lökbatan Olimpiya İdman Kompleksi stadionu
14:30. "Şəmkir" – "Ağstafa Gəncləri"
Şirvan Olimpiya İdman Kompleksi stadionu
8 oktyabr
14:00. "Difai" – "Zəngəzur"
Palms Sports Futbol Mərkəzi (IV meydança)
14:30. "Marafon" – "Dinamo"
"Marafon Arena"
14:30. "Şirvan" – "Kür-Araz"
Şirvan Olimpiya İdman Kompleksi stadionu
9 oktyabr
14:30. "Ağdaş" – "Hypers"
Ağdaş şəhər stadionu
Qeyd edək ki, oktyabrın 1-də Sabirabad rayonunda yerləşən "Marafon Arena"ya Peşəkar Futbol Liqası tərəfindən yekun təftiş və test oyunu həyata keçirilib. Məhz bu təftişin nəticəsinə uyğun olaraq müvafiq addımlar atılıb. PFL tərəfindən stadionun uyğunluğu təsdiq olunub və "Marafon" klubu ev oyunlarını "Marafon Arena"da keçirəcək.