İran Britaniya səfirini XİN-ə çağırdı - Səbəb...

İran Britaniya səfirini XİN-ə çağırdı - Səbəb...
01.10.2026 20:24 Dünya

İranın ABŞ qüvvələri tərəfindən istifadə olunan "RAF Fairford" Britaniya hərbi bazasını hədəf aldığı iddia edilən təxribat planı ilə ölkənin əlaqələndirilməsi ittihamlarına etiraz etmək üçün Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorteri Xarici İşlər Nazirliyinə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "İRİB" dövlət teleradio şirkəti məlumat yayıb.

Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi Baş nazir Endi Bernhemin bəyanatlarından sonra Britaniya hökumətinin "dağıdıcı yanaşması"na Tehranın "qəti etirazını" çatdırıb.

Təxt-Rəvançi Britaniya rəsmilərinin İranı hərbi bazanı hədəf aldığı iddia edilən qəsdlə əlaqələndirən "yalan və gülünc iddiaları"nı rədd edib.

"İRİB"in məlumatına görə, o, Britaniya hökumətindən məsələyə rəsmi aydınlıq gətirməyi və İrana qarşı "qeyri-münasib yanaşmasını düzəltməyi" tələb edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər