Putin dünyanı gözləyən TƏHLÜKƏDƏN danışdı: Hələ nə baş verdiyini anlamırıq...
"Bu gün dünya inkişafın həlledici dönüm nöqtəsinə çatıb".
TodayPress TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "Valday" diskussiya klubunun illik iclasının plenar sessiyasındakı çıxışı zamanı bildirib.
"Dünya inkişafın həlledici dönüm nöqtəsinə çatıb və məsələ heç də yalnız siyasətdə deyil. Siyasət, həmişə olduğu kimi, dərin dəyişikliklərin törəməsidir", - deyə dövlət başçısı qeyd edib.
Putin əlavə edib ki, hazırda dünyada dəyişikliklər bütün sahələrdə baş verir. Bununla belə, onun sözlərinə görə, bu, keyfiyyətli transformasiya üçün şərait yaradır.
Prezident vurğulayıb ki, hazırda bütün həyat dəyişir, bəşəriyyət artıq üzləşdiyi çağırışların "miqyasını" hələlik tam dərk etmir.
Aysel Mətləb