İran tankerləri tələyə belə düşdülər - DETALLAR

İran tankerləri tələyə belə düşdülər - DETALLAR
01.10.2026 20:49 Dünya

Onlarla İran tankeri və İranla əlaqəli neft tankeri ABŞ-nin sanksiya tətbiq edilən İran neftinin daşınmasında iştirak edən gəmilərə xidmət göstərən ölkə və şirkətlərə təzyiqi artırması fonunda Asiya sularında bloklanıb.

TodayPress TV xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, yalnız Şri-Lanka sahillərində təxminən 20 boş İran tankeri hərəkətsiz vəziyyətdə qalıb. Bəzi gəmilərdə ekipaj üçün ərzaq, yanacaq və içməli su ehtiyatlarının tükəndiyi bildirilir.

Digər tankerlərin isə Malayziya, Hindistan və Çin sahillərində bloklandığı qeyd olunur. Məlumata görə, iyul ayında ABŞ-nin Hörmüz boğazına blokada tətbiq etməsindən sonra bir sıra gəmilər İrana geri qayıda bilmir.

ABŞ administrasiyası Şri-Lankaya da təzyiq göstərərək yerli şirkətlərdən sanksiya tətbiq edilən gəmilərə xidmət göstərməməyi tələb edir və əks halda ikinci dərəcəli sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edir.

Oxşar təzyiqlər və digər Asiya ölkələrində nəzarətin gücləndirilməsi nəticəsində limanların və gəmiçilik şirkətlərinin İran tankerlərinə xidmət göstərməkdən getdikcə daha çox çəkindiyi bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər