“Shahed” istehsal edən zavod dağıldı - VİDEO
Rusiyanın Moskva vilayətində yerləşən Krasnozavodsk Kimya Zavodunda güclü partlayış baş verib.
TodayPress TV xəbər verir ki, KİV-in məlumatına görə, hadisə nəticəsində zavodun 4-cü sexi dağılıb. İlkin məlumata əsasən, azı 7 nəfər ölüb. Ölənlərin sayının arta biləcəyi bildirilir.
Krasnozavodsk Kimya Zavodunun “Shahed” tipli PUA-lar üçün döyüş başlıqları istehsal etdiyi bildirilir.
Partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Kübra Musayeva