Azərbaycan bu layihə ilə razıdır - Putin
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması ilə razı olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Valday" diskussiya klubunun XXIII illik iclasının plenar sessiyasında çıxış edərkən qeyd edib.
Prezident vurğulayıb ki, Moskva bu təşəbbüsün reallaşdırılması üçün kredit vəsaitləri ayırmağa hazır olduğunu bildirib.
"Biz Azərbaycan Prezidenti İlham Əliyevlə təmasdayıq, heç bir problem də yoxdur, Azərbaycan bu layihənin reallaşdırılması ilə razıdır və onu perspektivli hesab edir", - deyə Putin əlavə edib.
Rusiya lideri qeyd edib ki, maliyyə dəstəyinin göstərilməsi əsas logistika infrastrukturunun tikintisini və modernləşdirilməsini aktivləşdirməyə imkan verəcək. Multimodal marşrut Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativ kimi xidmət edəcək.
Aysel Mətləb