Rusiyada nüvə silahı təhlükəsi var, yoxsa Avropa uydurur? - Peskov nöqtəni qoydu
Rusiyanın nüvə silahı tətbiq etmək planları yoxdur, avropalılar emosiyalarını cilovlasalar, yaxşı olar.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov xarici KİV-in sualını şərh edərkən bildirib.
O, Rusiyanın nüvə silahı tətbiq etmək haqqında düşünüb-düşünmədiyi barədə suala "xeyr" cavabını verib.
"Rusiya tərəfindən nüvə silahının tətbiq olunması haqqında avropalılar düşünürlər. Biz onları emosiyalarını cilovlamağa və məsələlərə obyektiv baxmağa çağırırıq", - deyə Rusiya Prezidentinin mətbuat katibi əlavə edib.
Aysel Mətləb