Zelenski Aİ səfirlərini toplayıb, önəmli müzakirələr aparıldı
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqına üzv ölkələrin Ukraynadakı səfirləri ilə görüşüb.
TodayPress TV xəbər verir ki, Zelenski görüşün Pokrov bayramı günündə keçirilməsinin simvolik olduğunu bildirib.
Onun sözlərinə görə, görüşdə Ukraynaya dəstəyin davam etdirilməsi, hava hücumundan müdafiə sistemləri və birgə istehsal, maliyyə dayanıqlığı, Ukraynanın Aİ-yə üzvlüyü və Rusiyaya qarşı sanksiya təzyiqinin artırılması məsələləri müzakirə olunub.
Zelenski əlavə edib ki, xarici siyasətlə bağlı bu cür koordinasiya formatlarının sayı artırılacaq.
Kübra Musayeva