Ödənişlərin arxasından milyonlar çıxdı: Rusiyanın pul şəbəkəsi HƏDƏFDƏ

Ödənişlərin arxasından milyonlar çıxdı: Rusiyanın pul şəbəkəsi HƏDƏFDƏ
02.10.2026 02:00 Dünya

ABŞ Rusiyanın A7 ödəniş sisteminə qarşı sanksiya tətbiq edib.

TodayPress TV xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sistem sanksiyalarla bağlı ödənişləri adi kommersiya əməliyyatları kimi göstərmək üçün saxta ticarət sənədlərindən və idxal-ixrac qeydlərindən istifadə edib.

Qurum həmçinin A7-nin subagentlərinin İran neftinin satışına və silah alışına kömək etdiyini bildirib. Məlumata görə, subagentlərdən biri İrana qarşı sanksiyalardan yayınan təşkilatlardan təxminən 140 milyon dollar alıb. Digər subagent isə sanksiyalardan yayınma və silah alışı ilə əlaqəli şirkətə təxminən 1,6 milyon dollar köçürüb.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər