Moskva İrəvanı belə xəbərdar etdi: “İkinci Ukrayna”
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın hazırkı siyasi kursunun ölkə üçün yaxşı nəticələr verməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Medvedevin sözlərinə görə, Ermənistan rəhbərliyinin inkişaf istiqamətini dəyişmək qərarı ölkəni arzuolunmaz nəticələrlə üz-üzə qoya bilər.
“Ermənistanın hazırkı rəhbərliyi inkişaf istiqamətini dəyişməyin doğru olduğuna qərar verib. Əminəm ki, bu da yaxşı heç nə ilə nəticələnməyəcək. Ermənistan üçün baş verə biləcək ən pis şey ikinci Ukraynaya çevrilməkdir”, – deyə o bildirib.
Kübra Musayeva