Azərbaycan boksçuları Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan boksçuları Avropa çempionatına qələbə ilə başladı
04.10.2026 12:01 İdman

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatına start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb və hamısı qalib gəlib.

TodayPress TV xəbər verir ki, 40 ölkədən 473 idmançının iştirak etdiyi çempionatda Əli Abaslı (60 kq) 1/16 finalda Belçika təmsilçisi Abdurahim Sounu 5:0 hesabı ilə məğlub edib. O, növbəti görüşündə Türkiyə boksçusu Zeki Uğurla qarşılaşacaq.

Yusif Həsənli (66 kq) isə Portuqaliyadan olan Adrian Silvanı 5:0 hesabı ilə üstələyib. Həsənlinin 1/8 finaldakı rəqibi xorvatiyalı Lukas Fulanoviç olacaq.

Hidayət Məmmədov (70 kq) İsrail təmsilçisi Demid Kloçkoya ilk raundda qalib gəlib. O, növbəti mərhələdə İsveçrədən olan Joel Şutsla üz-üzə gələcək.

Yusif Ağakişiyev (75 kq) də 1/16 finalda Rumıniya boksçusu Eduard Tancerikanı 5:0 hesabı ilə məğlub edib. Onun növbəti rəqibi İngiltərə təmsilçisi İvor Li olacaq.

Azərbaycan millisinin bu 4 üzvünün növbəti döyüşləri oktyabrın 6-da keçiriləcək. Çempionatın qalibləri isə oktyabrın 11-də müəyyənləşəcək.

FOTOLAR

Azərbaycan boksçuları Avropa çempionatına qələbə ilə başladı — 1
XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər