“Rusiyanı dayandırmasaq, növbəti hədəf biz ola bilərik” - Merz

 “Rusiyanı dayandırmasaq, növbəti hədəf biz ola bilərik” - Merz
04.10.2026 10:06 Dünya

Almaniya kansleri Fridrix Merz qeyri-rəsmi səfərlə Ukraynanın paytaxtı Kiyevə gəlib.

TodayPress TV xəbər verir ki, Merz Kiyev dəmir yolu vağzalında jurnalistlərə açıqlamasında yaxın həftələrdə Ukraynanın dəstəyə ehtiyacı olduğunu bildirib.

“Rusiyanı dayandırmasaq, onun hərbi maşını gec-tez bizə qarşı çevriləcək. Tezliklə insanlar müharibənin beşinci qışını yaşayacaqlar. Rusiya şəhərləri, yaşayış evlərini və istilik elektrik stansiyalarını bombalayır. Ukraynalıları terrorla sındırmaq mümkün deyil”, – deyə kansler vurğulayıb.

Merz Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyini və Almaniyanın dəstəyinin davam edəcəyinə onu əmin edəcəyini də bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər