Polşa Cənubi Koreya qırıcıları ilə müdafiəsini gücləndirir
Cənubi Koreya Polşaya "FA-50GF" yüngül döyüş təyyarələri tədarük edib.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın Baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"da yazıb.
Müdafiə nazirinin sözlərinə görə, qırıcılar artıq döyüş növbətçiliyinə başlayıb.
“Bu, şərq sərhədimizin növbəti gücləndirilməsi deməkdir”, - deyə nazir bildirib.
O əlavə edib ki, "FA-50GF" təyyarələri əvvəlcə silahlanma olmadan alınıb, lakin sonradan silahlar da əldə edilib. Bu, qırıcıların Polşanın müdafiəsində istifadə olunmasına imkan verib.
Aysel Mətləb